Özünə inan və bizimlə parla
ShagirdFest
Sponsorlarımız





Müsabiqələrimizlə
Tanış Olun.
Uşaqlar üçün İnkişaf və Yaradıcılıq Platforması
ShagirdFest uşaqların yaradıcılığını, məntiqi düşüncəsini və ifadə qabiliyyətini inkişaf etdirmək üçün nəzərdə tutulmuş interaktiv müsabiqə platformasıdır. Burada şagirdlər müxtəlif sahələr üzrə — incəsənət, əl işləri, elm, rəqs və digər maraqlı istiqamətlərdə öz bacarıqlarını nümayiş etdirirlər. Müsabiqələr oyun formasında təqdim olunur və uşaqlar həm əylənir, həm də öyrənirlər. İştirakçılar tapşırıqları yerinə yetirib şəkil və ya video şəklində təqdim edir, daha sonra isə ictimai səsvermədə iştirak edirlər. Uşaqların özünəinamını artırmaq, yaradıcılıq potensialını üzə çıxarmaq və onları yeni bacarıqlarla tanış etmək əsas məqsədimizdir.








Necə müraciət etməli?
01
Platformada qeydiyyatdan keçin
İştirak etmək üçün ilk olaraq www.shagirdfest.az platformasında qeydiyyatdan keçməlisiniz. Qeydiyyat prosesi sadədir və bir neçə dəqiqə vaxt aparır. Sizdən ad, soyad, məktəb adı, sinif, müəllimin adı və əlaqə məlumatları kimi əsas məlumatlar tələb olunacaq. Uğurla qeydiyyatdan keçdikdən sonra şəxsi kabinetiniz yaradılır və siz müxtəlif müsabiqələrə baxa, onlara müraciət edə bilərsiniz.
02
Müsabiqəni seçin və ödəniş tamamlayın
Şəxsi kabinetinizə daxil olduqdan sonra platformada aktiv olan müsabiqələrin siyahısını görə bilərsiniz. Hər bir müsabiqənin özünün ayrıca təqdimat səhifəsi mövcuddur. Bu səhifədə sizə müsabiqə haqqında ətraflı məlumat — mövzusu, iştirak şərtləri, son tarix, qiymətləndirmə meyarları və iştirak haqqı təqdim olunur. Əgər iştirak etmək qərarına gəlsəniz, "Müraciət et" düyməsinə klikləyin. Bundan sonra siz Epoint ödəniş sistemini vasitəsilə ödəniş səhifəsinə yönləndiriləcəksiniz. Burada bank kartı məlumatlarınızı daxil edərək ödənişi tamamlamalısınız. Ödəniş uğurla başa çatdıqdan sonra sistem avtomatik olaraq sizi növbəti mərhələyə keçirəcək.
03
Tapşırıq fayllarınızı yükləyin
Ödənişdən sonra sizi tapşırıq yükləmə səhifəsinə yönləndirəcəyik. Bu səhifədə sizə müsabiqəyə uyğun olaraq foto və ya video formatında öz işinizi yükləmək imkanı verilir. Tapşırığınızı uğurla yükləndikdən sonra sistem onu avtomatik olaraq təsdiq üçün göndərəcək. Moderatorlar tərəfindən yoxlanıldıqdan sonra iştirakınız təsdiqlənəcək və siz artıq səsvermə mərhələsində görünməyə başlayacaqsınız.
Qaleriya
ShagirdFest uşaqların yaradıcılığını, məntiqi düşüncəsini və ifadə qabiliyyətini inkişaf etdirmək üçün nəzərdə tutulmuş interaktiv müsabiqə platformasıdır.





