Məxfilik Siyasəti

Məxfilik Siyasəti

Son Yenilənmə: 02 İyul 2025

Shagirdfest.az platforması istifadəçilərinin şəxsi məlumatlarının məxfiliyinə önəm verir. Bu Məxfilik Siyasəti, məlumatlarınızın hansı yollarla toplandığını, necə istifadə edildiyini və qorunduğunu izah edir.

1. Topladığımız Məlumatlar

Biz aşağıdakı məlumatları toplaya bilərik:

  • • Ad, soyad
  • • Məktəb və sinif məlumatları
  • • Validəyn və ya müəllim əlaqə məlumatları
  • • E-poçt ünvanı və telefon nömrəsi
  • • İstifadəçinin təqdim etdiyi şəkil və video fayllar
  • • Ödəniş məlumatları (yalnız ödənişin təsdiqlanması məqsədilə)

2. Məlumatların İstifadəsi

Topladığımız məlumatlardan aşağıdakı məqsədlərlə istifadə olunar:

  • • Müsabiqələrə qeydiyyat və iştirakın təmin edilməsi
  • • Qaliblərin müəyyən olunması və elan edilməsi
  • • Təhlükəsiz ödənişlərin həyata keçirilməsi
  • • İstifadəçi dəstəyi göstərilməsi və bildirişlərin göndərilməsi

3. Məlumatların Tərəfdaşlarla Paylaşılması

İstifadəçi məlumatları yalnız aşağıdakı hallarda paylaşılır:

  • • Ödəniş sistemləri ilə (məsələn, Epoint) — yalnız ödənişin həyata keçirilməsi üçün
  • • Qanunla tələb olunduqda aidiyyəti dövlət orqanları ilə

4. Məlumatların Saxlanılması

Şəxsi məlumatlar yalnız lazım olan müddət qədər saxlanılır və sonra təhlükəsiz şəkildə silinir.

5. İstifadəçi Hüquqları

İstifadəçilər öz məlumatlarına baxmaq, düzəliş etmək və silmək hüququna malikdir. Bu barədə bizə email vasitəsilə müraciət edə bilərsiniz.

6. Uşaqlara aid Məlumat

Platformamız məktəblilər üçün nəzərdə tutulduğundan, bütün məlumatlar yalnız validəyn və ya müəllim nəzarəti altında təqdim edilməlidir.

7. Əlaqə

Bu siyasətlə bağlı suallar üçün bizimlə əlaqə saxlaya bilərsiniz:

🌐https://shagirdfest.az