01
İştirak etmək üçün ilk olaraq www.shagirdfest.az platformasında qeydiyyatdan keçməlisiniz. Qeydiyyat prosesi sadədir və bir neçə dəqiqə vaxt aparır. Sizdən ad, soyad, məktəb adı, sinif, müəllimin adı və əlaqə məlumatları kimi əsas məlumatlar tələb olunacaq. Uğurla qeydiyyatdan keçdikdən sonra şəxsi kabinetiniz yaradılır və siz müxtəlif müsabiqələrə baxa, onlara müraciət edə bilərsiniz.
02
Şəxsi kabinetinizə daxil olduqdan sonra platformada aktiv olan müsabiqələrin siyahısını görə bilərsiniz. Hər bir müsabiqənin özünün ayrıca təqdimat səhifəsi mövcuddur. Bu səhifədə sizə müsabiqə haqqında ətraflı məlumat — mövzusu, iştirak şərtləri, son tarix, qiymətləndirmə meyarları və iştirak haqqı təqdim olunur. Əgər iştirak etmək qərarına gəlsəniz, "Müraciət et" düyməsinə klikləyin. Bundan sonra siz Epoint ödəniş sistemini vasitəsilə ödəniş səhifəsinə yönləndiriləcəksiniz. Burada bank kartı məlumatlarınızı daxil edərək ödənişi tamamlamalısınız. Ödəniş uğurla başa çatdıqdan sonra sistem avtomatik olaraq sizi növbəti mərhələyə keçirəcək.
03
Ödənişdən sonra sizi tapşırıq yükləmə səhifəsinə yönləndirəcəyik. Bu səhifədə sizə müsabiqəyə uyğun olaraq foto və ya video formatında öz işinizi yükləmək imkanı verilir. Tapşırığınızı uğurla yükləndikdən sonra sistem onu avtomatik olaraq təsdiq üçün göndərəcək. Moderatorlar tərəfindən yoxlanıldıqdan sonra iştirakınız təsdiqlənəcək və siz artıq səsvermə mərhələsində görünməyə başlayacaqsınız.