Haqqımızda

ShagirdFest

Uşaqlar üçün İnkişaf və Yaradıcılıq Platforması

Biz kimik?

ShagirdFest

Platformada fərqli formada müsabiqə kontenti yer alır. Hər bir kontent üzrə sizə müxtəlif tapşırıqlar və suallar təqdim olunacaq. Tapşırıqları foto və ya video formatında yerinə yetirib, portala qeydiyyatdan keçərək paylaşa bilərsiniz.

İştirakçılar üçün səsvermə imkanı da mövcuddur. Ən çox səs toplayan ilk 3 iştirakçı əsas səhifədə nümayiş olunacaq.

Müsabiqə başa çatdıqdan sonra qaliblər müəyyən ediləcək və müsabiqə zamanı toplanan məbləğin 50%-i mükafat kimi bölüşdürüləcək:
🥇 1-ci yer – 25%
🥈 2-ci yer – 15%
🥉 3-cü yer – 10%
Qaliblər "Qaliblər" bölməsində xüsusi olaraq qeyd ediləcək.

Child in superhero costume with blue mask and red cape
Gülşən Əliyeva
ShagirdFest

ShagirdFest

Mən, Gülşən Əliyeva — wwwshagirdfest.az platformasının ideya müəllifiyəm. Bakı Dövlət Universitetinin Kimya fakültəsini bakalavr və magistratura səviyyələrində fərqlənmə diplomu ilə bitirmişəm.

Peşə fəaliyyətim boyunca aparıcı elmi işçi, kimyəvi analizlər şöbəsinin rəisi və müəllim kimi müxtəlif sahələrdə çalışmışam. Bir sıra təhsil yönümlü layihələrin müəllifi və təşkilatçısı olmuşam.

Shagirdfest.az layihəsini həyata keçirməkdə əsas məqsədim — məktəblilərdə müxtəlif sahələrə maraq oyatmaq, fənlərin həyatla inteqrasiyasını təşviq etmək, onların həyati bacarıqlarını formalaşdırmaq və yaradıcılıq potensiallarını üzə çıxarmaq üçün onlara stimul verən bir mühit yaratmaqdır.

Uşaqlar üçün İnkişaf və Yaradıcılıq Platforması

ShagirdFest uşaqların yaradıcılığını, məntiqi düşüncəsini və ifadə qabiliyyətini inkişaf etdirmək üçün nəzərdə tutulmuş interaktiv müsabiqə platformasıdır. Burada şagirdlər müxtəlif sahələr üzrə — incəsənət, əl işləri, elm, rəqs və digər maraqlı istiqamətlərdə öz bacarıqlarını nümayiş etdirirlər. Müsabiqələr oyun formasında təqdim olunur və uşaqlar həm əylənir, həm də öyrənirlər. İştirakçılar tapşırıqları yerinə yetirib şəkil və ya video şəklində təqdim edir, daha sonra isə ictimai səsvermədə iştirak edirlər. Uşaqların özünəinamını artırmaq, yaradıcılıq potensialını üzə çıxarmaq və onları yeni bacarıqlarla tanış etmək əsas məqsədimizdir.

Teacher with children in classroom circle time
Child working on art project at desk
Child engaged in creative learning activity
Child participating in educational activities

FAQ